Ceims Appaturai - Gürcü xalqına, Maia Otinaşviliyə və onun ailəsinə həmrəyliyimizi bildiririk
Ceims Appaturai - Gürcü xalqına, Maia Otinaşviliyə və onun ailəsinə həmrəyliyimizi bildiririk

Gürcü xalqına, dünən televiziyada kadrları göstərilən Maia Otinaşviliyə və onun ailəsinə həmrəyliyimizi bildiririk, – bu barədə bəyanatı NATO baş katibinin xüsusi nümayəndəsi Ceims Appaturai rus hərbçiləri tərəfindən Maia Otinaşvilinin qaçırılması ilə bağlı Birinci Kanala eksklüziv müsahibə zamanı verdi.

Onun dediyinə görə, alyans Gürcüstanın yanında durur və daim Rusiyaya müraciət edir ki, bənzər hərəkətlərini dayandırsın.

“Baş verən hadisəyi qınayırıq. Abxaziya və Cənubi Osetiya Gürcüstan əraziləridir. Biz onları heç bir zaman tanımayacağıq və Rusiyaya müraciət edirik ki, Gürcüstan ərazilərinin müstəqil dövlətlər elan etməsini geri çəksin” – dedi Ceims Appaturai.

Rus əsgərləri işğal xəttinin yanında 37 yaşlı qadını sentyabrın 29-da həbs etdilər.