Luk Kofi Suriyədən çıxan Amerikan hərbi kontingentinin Axalkalakidə, sabiq rus bazalarında yerləşdirilməsi təşəbbüsü ilə çıxış edir
“Heritage Foundation”-un tədqiqatçısı Luk Kofi yeni təşəbbüslə çıxır, hansına əsasən, Suriyədən çıxan amerikan hərbi kontingenti Gürcüstanda, Axalkalakidə, sabiq rus bazalarında yerləşdirilməlidir və “İslam Dövlətinin” bərpa olunması təhlükəsinin yarandığı halda, “Horizontdan kənar” bir qüvvə olmalıdır.
Bu barədə o öz “Tvitter” səhifəsində yazıb.
“Təklif: ABŞ-ın Suriyəyi tərk edən silahlı qüvvələri Gürcüstana göndərilə bilər və “İslam dövlətinin” bərpası təhlükəsinə tez reaksiya vermək üçün, orada “horizont qüvvələri” kimi qala bilər. ABŞ Gürcüstanda, Axalkalakidəki sabiq rus bazalarından istifadə edə bilər, hansılar ki, Rakkadan 760 km məsafədə yerləşirlər. İndi Gürcüstan İraqdan daha güvənlidir” – yazır Luk Kofi.
