Luk Kofi - Artıq vaxtdır ki, NATO Türkiyənin tövsiyyəsini nəzərə alsın və ona üzv statusu versin

“Artıq vaxtdır ki, NATO Türkiyənin tövsiyyəsini nəzərə alsın və Gürcüstana üzv statusu versin”, – bu başlıqla Türkiyənin TRT kanalının veb-platformasında, amerikan tədqiqat təşkilatı “Heritage Foundation”-ın xarici siyasət mərkəzinin direktoru Luk Kofinin yazısı yayılıb.

Amerikalı tədqiqatçı hesab edir ki, Gürcüstanın güvənli bir müttəfiq reputatsiyası və geostrateji əhəmiyyəti, onun Şimali Atlantik Alyansa üzv olması üçün yetərli arqumentdir.

Luk Kofi Davosda, Dünya İqtisadi Forumda, Türkiyənin Xarici İşlər Naziri Mevlut Çavuşoğlunun bəyanatını xatırlayır, hansında Çavuşoğlu NATO-yu Gürcüstanı üzv kimi qəbul etməyə çağırırdı.

Çavuşoğlu bəyan etmişdi ki, Avropa ölkələri Gürcüstanı NATO-ya Rusiyanın provokasiyasından qorxduqları üçün qəbul etmək istəmirlər.

“Çavuşoğlunun yaxşı mövqeyi var. Türkiyə hər zaman Gürcüstanın NATO-ya qəbul edilməsini dəstəkləyirdi. Avropada NATO-nun üzvü olmaq üçün Gürcüstan kimi can atan ölkələr çox azdır. Gürcüstan isə, bu vaxta qədər tam üzvlüyün finiş xəttindən keçə bilmir” – yazır Luk Koffi.

Bəyanatın müəllifinin dediyinə görə, Gürcüstan on ildən artıqdır Alyansa daxil olmağa çalışır. İlk dəfə ona bu imkanı 2008-ci ildə, Buxarest sammitində vəd etdilər.

Luk Kofi hesab edir ki, Gürcüstanın demokratiyaya doğru gedən yolu regionda nümunəvidir.