Lloyd Ostin - İsrailin hərbi əməliyyatı zamanı Qəzza sektorunda mülki əhalinin müdafiəsi vacibdir
Lloyd Ostin - İsrailin hərbi əməliyyatı zamanı Qəzza sektorunda mülki əhalinin müdafiəsi vacibdir

ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailin hərbi əməliyyatları zamanı Qəzza zolağında yaşayan mülki şəxslərin müdafiəsinin vacib olduğunu bəyan edir. Məlumatı “Sienen” yayıb.

“Sienen”in yazdığına əsasən, Lloyd Austin İsrailin müdafiə naziri Yoav Qalantla telefonla danışıb və humanitar yardımın dərhal Qəzzaya daxil olmasının vacibliyini vurğulayıb.

ABŞ müdafiə naziri girovların azad edilməsinin vacibliyindən də danışıb.

İsrail ötən gecə Qəzza sektorunda quru əməliyyatını genişləndirməyə başlayıb.