Litva Xarici İşlər Nazirliyi - Gürcüstan iqtidarına və müxalifətə müraciət edirik ki, siyasi prosesi çıxılmaz yola salan addımlar atmaqdan baş qaçırdsınlar
Litva Xarici İşlər Nazirliyi - Gürcüstan iqtidarına və müxalifətə müraciət edirik ki, siyasi prosesi çıxılmaz yola salan addımlar atmaqdan baş qaçırdsınlar

Litva Xarici İşlər Nazirliyi Gürcüstanda yaranan siyasi vəziyyətlə bağlı narahatçılığını bildirir.

Bu barədə Litva Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda deyilir ki, parlament tərəfindən Nika Melianın leqal imunitetinin dayandırılması və əsas siyasi partiyanın liderinin həbs edilməsi, iqtidar partiyası və müxalifət arasında dialoqun baş tutması ehtimalını sıfıra salır və Gürcüstanda qanunun aliliyi ilə bağlı suallar yaradır.

“Biz təəssüflənirik ki, Gürcüstanın siyasi liderləri bu günə qədər siyasi gərginliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edə bilmədilər. Vəziyyətin daha çox gərginləşməsi ölkənin gələcək perspektivlərinə zərər verir. Biz əminik ki, Gürcüstana elə bir iqtidar lazımdır, hansı ki, öz qərarlarını xalqın xeyrinə verəcək. Biz Gürcüstana müraciət edirik, qırmızı xəttlərdən uzaq dursunlar və vəziyyətin normalizasiyası üçün yollar axtarsınlar və konstruktiv siyasi dialoqa geri qayıtsınlar”, – deyilir Litva Xarici İşlər Nazirliyinin bəyanatında.