Lilo bazarında 12 subyekt cərimələndi

Gürcüstanın Səhiyyə Nazirliyinin əmək inspeksiyası departamenti tərəfindən həyata keçirilən planlı yoxlanış çərçivəsində, Lilo Bazarında 12 subyekt cərimələndi.

Səbəb isə, Səhiyyə Nazirliyi tərəfindən koronavirus pandemiyası ilə bağlı işlədilən rekomendasiyaların pozulması oldu.

Lilo bazarının direktoru Giorgi Kavaratsxelianın Gürcüstanın Birinci Kanalına verdiyi məlumata görə, cərimələnən 12 biznes-operatordan ikisi, hüquqi şəxslərdir, ona görə də, cərimə məbləği 10 000 lari təşkil edir.

Bazar menecmentinin məlumatına görə, Səhiyyə Nazirliyinin əmək inspeksiyası departamentinin əməkdaşları bazar ərazisini bir həftə bundan öncə yoxladılar.