Libiya sahillərində miqrantların gəmisi suya batdı
Libiya sahillərində miqrantların gəmisi suya batdı

Libiya sahillərində miqrantların gəmisi suya batdı. Ən azı 31 nəfər həlak olub. Həlak olanlar arasında azyaşlılar da var.

Miqrantlar Aralıq Dənizini keçərək Avropaya getməyi planlaşdırırdılar. Xilasedicilər sudan 140 insanı çıxara bildilər.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, son illər ərzində Aralıq Dənizini keçmək çəhdi zamanı 3000-dən artıq insan boğulub.