Vaşinqtonda sərt miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilir [Video]

Vaşinqtonda sərt miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilir.

Yüzlərlə demonstrant Donald Trampın administrasiyası tərəfindən həyata keçirilən və qeyri-leqal miqrantların kütləvi deportasiyasını nəzərdə tutan, miqrasiya siyasətini etiraz edir.

Aksiyanın əsas lozunqu “Məni onların taleyi maraqlandırır”-dır.

Demonstrantlar tələb edirlər ki, qanun dəyişdirilsin və qeyri-leqal miqrantların kütləvi həbs edilməsi dayandırılsın.

Donald Tramp və ABŞ-ın baş prokuroru Cef Seşens tərəfindən elan edilən “sıfır tolerantlıq” adlı siyasət son bir neçə həftədir Amerikada gərginlik yaratdı.

May ayından bugünə qədər, ABŞ-Meksika sərhədində 2000-ə qədər qeyri-leqal miqrant yaxalandı, onların ay yaşlı uşaqlarını isə, uşaq sığınacaqlarına apardılar. Yaxalanan miqrantların sayı 2000-dən artıqdır.