"Leyborist partiyasının" ofisində müxalifət nümayəndələrinin görüşü keçirildi

“Leyborist partiyasının” ofisində müxalifət partiyalarının nümayəndələrinin görüşü keçirildi.

Məlum olduğu kimi, görüşdə söhbət 8 mart razılaşması haqqında aparıldı.

Bununla yanaşı, müxalifət partiyaları birgə bəyanat və majoritarlar məsələsi haqqında müzakirə aparacaqlar.

Görüşdə həbsxanadan iki gün öncə çıxan Gigi Uqulava və İrakli Okruaşvili də iştirak edirlər.