Levan Koberidzenin məlumatına görə, yeni fraksiya "Müstəqil Deputat" adlandırılacaq və ona Mariyam Caşi rəhbərlik edəcək
Levan Koberidzenin məlumatına görə, yeni fraksiya "Müstəqil Deputat" adlandırılacaq və ona Mariyam Caşi rəhbərlik edəcək

Müstəqil deputatların Parlament fraksiyasının sədri Mariyam Caşi olacaq. Bu barədə jurnalistlərə deputat, Levan Koberidze bəyan etdi.

Elə onun dediyinə görə, yeni fraksiya “Müstəqil Deputat” adlandırılacaq. Koberidzenin dediyinə görə, fraksiya əhali üçün önəmli olan məsələlər üzrə işləyəcək.

“Ümid edirəm, başqa müstəqil deputatlar da fraksiya yaradacaqlar ki, Parlamentin fəaliyyəti rəngarəng olsun”, – Koberidze bəyan etdi.

Fraksiyanın üzvü Levan Koberidze, Qedevan Popxadze, Koba Narçemaşvili, Levan Qoqiçaişvili, Mariyam Caşi və Zviad Kvaçantiradze olacaq.