Levan İzoria Brüsseldə NATO və partnyor ölkələrin Müdafiyə Ministerialında iştirak edəcək
Levan İzoria Brüsseldə NATO və partnyor ölkələrin Müdafiyə Ministerialında iştirak edəcək

Gürcüstanın Müdafiyə Naziri Levan İzoria rəsmi səfərlə Belçikadadır.

Levan İzoria Brüsseldə NATO və partnyor ölkələrin Müdafiyə Ministerialında iştirak edəcək.

Ministerialda Levan İzoria Əfqanistanda aparılan beynəlxalq missiyada iştirak edən ölkələrin Müdafiyə Nazirlərinin qarşısında nitqlə çıxış edəcək.

Şimali-Atlantika alyansının üzvləri iyulda planlaşdırılan sammitdə müzakirə olunacaq mövzuları hazırlayacaqlar, onların arasında, əsas mövzu, NATO qüvvələrinin hərbi hazırlığı olacaq.

Həmçinin, rezerv qüvvələrinin formalaşdırılması məsələsi müzakirə olunacaq, hansına 30 mexanizmləşdirilmiş batalyon, 30 təyyarə və 30 hərbi gəmi daxil ediləcək, onların hərbi hazırlığa gətirilməsi isə, 30 gün ərzində mümkün olacaq.

NATO-nun baş katibi Yens Stoltenberqin bəyanatına görə, qeyd olunan təşəbbüsün realizasiyası 2020-ci il üçün planlaşdırılır.

Həmçinin, ministerialda Əfqanistan missiyasının gələcəyini və İraqa NATO instruktorlarının göndərilməsi məsələsi müzakirə olunacaq.