Levan Davitaşvili - Çindən məhsulların daxil edilməsi üzrə beynəlxalq təşkilatların rekomendasiları ilə hərəkət edirik, bu mərhələdə diri heyvanların idxalı məhdudlaşdırıldı
Levan Davitaşvili - Çindən məhsulların daxil edilməsi üzrə beynəlxalq təşkilatların rekomendasiları ilə hərəkət edirik, bu mərhələdə diri heyvanların idxalı məhdudlaşdırıldı

Rekomendasiyalara uyğun olaraq, Çindən Gürcüstana diri heyvanların idxalını məhdudlaşdırdıq, başqa ərazq məhsulları bu təqdirdə risk qruplarını təşkil etmir, – bu barədə Ətraf Mühit Mühafizəsi və Kənd Təsərrüfatı naziri, Levan Davitaşvili bəyan etdi.

Nazir açıqlayır ki, Gürcüstan bir çox beynəlxalq təşkilatın üzvüdür və Kənd Təsərrüfatı Nazirliyi bir neçə beynəlxalq təşkilat ilə əməkdaşlıq edir.

“Biz, beynəlxalq təşkilatlar tərəfindən verilən zımanətləri tamamilə nəzərə alırıq. Bu Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır. Bu zəmanətlərə əsasən, bu mərhələdə Gürcüstana diri heyvanların idxalı məhdudlaşdırılıb. Başqa ərazq məhsulları bu təqdirdə risk qruplarını təşkil etmir”, – Levan Davitaşvili bəyan etdi.

Gürcüstan ərazisində, koronavirusun yeni növünün (2019-nCoV) daxil edilməsi və yayılmasını başdan rədd etmək məqsədi ilə, Çin Xalq Respublikasından diri heyvanların idxalı qadağan olundu.