Levan Bejiaşvili - Səfirər kimsənin tərəfində ola bilməzlər, onların sadəcə vasitəçi rolu olmalıdır
“Milli Hərəkatın” üzvü Levan Bejaşvilinin bəyanatına görə, partiya maliyyələşdirilməsini almaları ilə bağlı müxalifətin mövqeyi tamamilə qanunidir.
Onun dediyinə görə, müxalifət maliyyələşdirməyi saxtalaşdırılmış seçkilərə müvafiq şəkildə alacaq.
“Partiyalar öz maliyyələşdirilmələrini partiya fəaliyyətinə görə almalıdırlar. Əvvəllər partiya maliyyələşdirilməsi parlament üzlərinin sayına görə hesablanırdı. Ancaq, daha sonra qanunvericilik bu öhdəliyi aradan qaldırdı.
Bu saxtalaşdırılmış seçkilər bizim leyhimizədir. Saxtalaşdırılmış seçkilərə görə, bizə aid olan məbləğlərin minimumunu ala bilirik. Bizim partiyamızın ən az 100 min səsi oğurlanıb, “Gürcü Arzusuna” əlavə edilib. Ona görə də, biz bizə aid olan məbləğin minimumunu alırıq və daha çoxunu almaq haqqımız var” – dedi Levan Bejaşvili.
Danışıqlar prosesində səfirlərin iştirakına gəlincə isə, Bejaşvili qeyd etdi ki, əsas qərarları müxalifət partiyaları və iqtidar verir, səfirlər isə, kimsənin tərəfində olmamalıdırlar, çünki onların sadəcə fasilitator rolu var.
“Səfirər kimsənin tərəfində ola bilməzlər, onların sadəcə vasitəçi rolu olmalıdır” – dedi Bejaşvili.
İqtidar və müxalifət arasında danışıqların beşinci raunduna gəlincə isə, Bejaşvili bəyan etdi ki, bununla bağlı perspektivlər çox naməlum və qarışıqdır.