"Lelo" partiyasında bəyan edirlər ki, "Gürcü Arzusunun" nümayəndələri onları döyüblər
“Lelo” partiyasının Acarıstan təşkilatının rəhbəri İrakli Kupradze bəyan edir ki, “Gürcü Arzusunun” nümayəndələri ona hücum edib, fiziki təhqir etdilər.
İrakli Kupradze insindentin videosunu da yayır və qeyd edir ki, “Lelo”-nun üzvləri Aleksandre Milorava və Mişa Kavtaradze Cinçaradze küçəsində, ümumi həyətdə özbaşına montaj edilən hasarı etiraz edirdilər.
İrakli Kuparadzenin dediyinə görə, “Elithaus” şirkəti Acarıstanın Ali Şurasının deputatı Giorgi Manvelidzeyə aiddir, hansı ki, ümumi həyətdə qeyri-qanuni hasar (baryer) montaj edib.
“Vətəndaş deputata qarşı məhkəmə instansiyasını qazanıb, ancaq buna baxmayaraq, məhkəmə qərarının icrası mümkün olmur. “Gürcü Arzusu” zorakılıqla təsir edir, şəhər nəzarət xidməti isə, faktla bağlı güz yumur, çünki bu məsələyə deputat Giorgi Manvelidze təsir edir” – dedi İrakli Kupradze.