Kvemo-Poniçalada Ələskərov ailəsinin üç üzvünü həbs etdilər
Kvemo-Poniçalada Ələskərov ailəsinin üç üzvünü həbs etdilər

Hüquqmühafizəçilər Kvemo-Poniçalada Ələskərov ailəsinin üç üzvünü həbs etdilər.

Birinci Kanalın Jurnalistinin hadisə yerindən verdiyi məlumata görə, ailədən ana və iki oğul həbs edilib.

Qadını küçədə həbs etdilər. Onun oğullarını isə, bir neçə saatlıq yoxlanışdan sonra evlərində həbs etdilər.

Yerli sakinlər hüquqmühafizəçilərə müqavimət göstərərək, yolu bağlamağa çalışdırlar.

Ailənin vəkili Revaz Rijamadzenin bəyanatına görə, Ələskərovun avtomobilindən bir neçə paket narkotik maddə tapılıb.

İstintaq cinayət məcəlləsinin 260-cı maddəsi ilə aparılır.