Gürcü və Amrikalı hüquqmühafizəçilərinin Batumidə birgə xüsusi əməliyyatı - iki nəfər yaxalanıb, 40 kiloqram narkotik çıxarılıb
Gürcü və Amrikalı hüquqmühafizəçilərinin Batumidə birgə xüsusi əməliyyatı - iki nəfər yaxalanıb, 40 kiloqram narkotik çıxarılıb

Xüusi əməliyyat nəticəsində hüquqmühafizəçilər Batumidə iki milyon dollar dəyərində 40 kiloqram heroin çıxardılar.

Xüsusi əməliyyatəı Gürcüstan Mərkəzi Kriminal Polisi Departamenti və ABŞ Ədliyyə Departamentinin narkotiklərə qarşı mübarizə administrasiyası birgə keçirdi.

Bolqarıstanın iki vətəndaşı yaxalanıb. Onlar narkotiki Gürcüstana minik maşını ilə daxil etdilər və onun Avropada realizasiyasını planlaşdırırdılar.

“İki aylıq beynəlxalq əməliyyat uğurla başa çatdı. Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin narkotiklərə qarşı mübarizə administrasiyası əməkdaşları ilə birlikdə, Gürcüstanda keçirilən xüsusi tədbirlər nəticəsində, böyük miqdarda “heroin” narkotik vasitəsi çıxarılıb. Onun dəyəri iki milyondan artıqdır. İstintaqla müəyyən olundu ki, Bolqarıstanın iki vətəndaşı cari ilin mart ayında narkotik vasitəsini Gürcüstana minik maşını ilə daxil etdi. Qeyd olunan narkotik vasitəsini Batumidə, müvəqqəti yaşayış evinə yerləşdirdilər və onun Avropada realizasiyasını planlaşdırırdılar”, – Mərkəzi Kriminal Polisi Departamentinin rəisi, Mamuka Çelidze bəyan etdi.