Kutaisi hava limanının sərnişinləri üçün qatar biletləri yeddi gün boyunca pulsuz olacaq
Kutaisi hava limanının sərnişinləri üçün qatar biletləri yeddi gün boyunca pulsuz olacaq

 

Gürcüstan Dəmiryollar İdarəsinin Kutaisi Hava Limanının sərnişinlərinə hədiyyəsi: Kutaisi Hava Limanına uçan və ya Kutaisi Hava Limanından müxtəlif istiqamətlərdə səyahət edən hər bir vətəndaş Gürcüstan Dəmiryollar İdarəsindən qatar biletlərini pulsuz alacaq.

Dəmiryol İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 30-dan yeddi gün boyunca Kutaisi Hava Limanının biletini Dəmiryol kassasına təqdim edəcək bütün sərnişinlər Tbilisi, Zuqdidi, Batumi, Poti və Ozurqetidən Kopitnara qədər və Kopitnaridən Tbilisi, Batumi, Zuqdidi, Poti və Ozurqeti istiqamətində pulsuz səyahət edəcək.

” Hökumətin xüsusi qərarına əsasən, Gürcüstan Hava Limanları İttifaqı sərnişinlərin təmir edilmiş stansiyadan Kutaisi hava limanına və hava limanından stansiyaya daşınmasını təmin edəcək. Xatırlatmaq istərdik ki, bütün sərnişin qatarları “Kutaisi Hava Limanı” adlanan stansiyada dayanacaq” -deyə Gürcüstan Dəmiryollar İdarəsində bildirirlər.