Sentyabrın 10-dan Kutaisi Hava limanından az büdcəli Macar aviaşirkəti “Vizzear” (Wizz Air) yeni yeddi istiqamətə uçuşlar həyata keçirəcək.
Birbaşa requlyar reyslər Brüssel, Kopenhagen, Bazel, Eindhoven, Tallin, Bari və Poznan istiqamətinə həyata keçiriləcək.
Bu vaxt üçün Gürcüstandan İsveçrəyə, Danimarka Krallığına və Estoniaya birbaşa avia-reyslər həyata keçirilmir.
“Yeni aviareyslər iş yerlərinin yaradılmasından başqa, həmçinin, Avropadan Gürcüstana daha çox turistin cəlb olunmasına yol açacaq və ölkə iqtisadiyyatının inkişafında önəmli rol oynayacaq” – deyir Gürcüstanın Hava limanları birliyinin baş direktoru Giorgi Çoqovadze.
“Vizzear” aviaşirkəti Gürcüstanda 2012-ci ildən fəaliyyət göstərir.