Gürcüstan vətəndaşlarının vətənə qaytarılması məqsədilə bu gün Afinadan Tbilisi istiqamətində avia reys həyata keçiriləcək
Gürcüstan vətəndaşlarının vətənə qaytarılması məqsədilə bu gün Afinadan Tbilisi istiqamətində avia reys həyata keçiriləcək

Gürcüstanın  Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, Qurumlararası Koordinasiya Şurası tərəfindən müəyyən olunmuş avia reyslər çərçivəsində,bu gün Afinadan Tbilisi istiqamətində çarter reysi həyata keçiriləcək.

XİN-dən də bildirildiyi üzrə, Covid 19-un  yayılması şəraitində  təyin olunmuş məhdudiyyətlər fonunda, bu Yunanıstandan həyata keçiriləcək olan üçüncü çarter reysi olacaq. Məlumatda qeyd olunur ki, sərnişinlər arasında xüsusi ehtiyyacları olan və ağır xroniki xəstəliklərdən əziyyət çəkən  şəxslər, onkoloji pasiyentlər,hamilə qadınlar və onlarla birlikdə olan şəxslər, yetkinlik yaşına çatmayan və yaşlı vətəndaşlar var.

Yaxın gələcəkdə, Koordinasiya Şurası tərəfindən  təyin olunmuş avia reyslər çərçivəsində, mayın 7-də Amsterdam-Tbilisi,  mayın 9-da Berlin-Tbilisi reysləri həyata keçiriləcək. Həmçinin mayın 6-da Gürcüstan vətəndaşları   İordaniya və Səudiyyə Ərəbistanından qayıdacaqlar.

Müəllif: Sevinc Mustafayeva