Krtsanisidə təlim mərkəzində baş verənlər barəsində DİN rəsmi məlumat yayır
Krtsanisidə təlim mərkəzində baş verənlər barəsində DİN rəsmi məlumat yayır

Krtsanisidə, Daxili İşlər Nazirliyinin təlim mərkəzində baş verənlər barəsində DİN rəsmi məlumat yayır.

“Cari ilin aprelin 29-da Qardabani rayon idarəsinə məlumat daxil oldu ki, Qardabani rayonunun Krtsanisi kəndində yerləşən, Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin döyüş və hazırlama idarəsinin poliqonunda iki vətəndaş – 1994-cü il təvəllüdlü E.M. və 1987-ci il təvəllüdlü İ.Q. xəsarət aldı.

Xəbərdarlıq əsasında başlayan istintaqla müəyyənləşdirildi ki, iki mülki şəxs, qadağan işarəsinə baxmayaraq, poliqonun ərazisinə qanunsuz daxil oldu və dəmir əşya – güman edildiyinə görə mərmi tapdı. Onlardan biri qeyd olunan metal əşyanı elə oradaca kənara atdı və bu vaxtı partlayış baş verdi. Nəticədə hər ikisi xəsarət aldı. Onları xəstəxanaya yerləşdirdilər və həyatları təhlükədə deyil”, – DİN tərəfindən yayılan məlumatda deyilir.

DİN-in məlumatına görə, baş verənlər üzrə istintaq GCM-nin 118 maddəsi ilə aparılır.

Krtsanisidə yerləşən DİN-in təlim mərkəzində iki nəfər xəsarət aldı. İki nəfər xəsarət aldı. Onlardan birinə əməliyyat edilir.