Kreml - Putin və Ərdoğan telefon söhbəti zamanı Suriya suverenliyi və ərazi bütövlüyünə dəstəyini təsdiq etdilər
Kreml - Putin və Ərdoğan telefon söhbəti zamanı Suriya suverenliyi və ərazi bütövlüyünə dəstəyini təsdiq etdilər

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı Suriyada yaranan durumu müzakirə etdilər, – bu barədə Kremlin mətbuat xidməti məlumat yayır. Kremlin məlumatına görə, tərəflər Suriyada siyasi tənzimləmənin əhəmiyyəti və ölkənin suverenliyi və ərazi bütövlüyünə dəstəyini təsdiq etdilər.

Bundan başqa, Putin və Ərdoğan rus-türk əlaqələrini, aprelin 3-də Ankarada keçirilən əməkdaşlıq şurası iclasında qəbul olunmuş qərarların nəzərə alınması ilə müzakirə etdilər. Kremldə bəyan edirlər ki, prezidentlər birgə lahilərin həyata keçirilməsi barəsində söhbət etdilər.