Kredit-zəmanət mexanizmləri ilə kimlər istifadə edə biləcəklər
Kredit-zəmanət mexanizmləri ilə kimlər istifadə edə biləcəklər

Bu gündən Gürcüstanda kredit-zəmanət mexanizmləri işə düşdü. Sxemin mexanizminin məqsədi kiçik və orta biznes üçün maliyyəyə əlçatarlığın yaxşılaşdırmasıdır.

Meyarları təmin etdiyi təqdirdə benefisiyarın istifadə edə bildiyi kredit-zəmanət mexanizmləri, hökumət qərarı ilə müəyyənləşdirldi.

Sənədə əsasən, bu proqram çərçivəsində bankdan borc götürən subyekt, borc aldığı zaman qarşıdakı şərtləri təmin etməlidir: son üç il ərzində onun orta dövriyyəsi 20 milyondan artıq olmamalıdır, bununla yanaşı benefisiyarın borc öhdəlikləri 8 milyon laridən artıq olmamalıdır.

Bu proqram çərçivəsində kommersiya bankı tərəfindən benefesiyar üçün borcun minimal həcmi 50 000 lari ilə, maksimalı isə – 2 000 000 lari ilə müəyyənləşdirildi.

Hökumət qərarına əsasən, bor götürən bir neçə borcdan istifadə edə bilər, borcum ümumi həcminin 2 000 000 laridən artıq olmamaq şərtilə.

Proqram çərçivəsində borc yalnız milli valyutada veriləcək.

Kredit-zəmanət fondu üçün 2019-2023-cü illərdə hər il, büdcədən 20 milyon lari ayrılacaq.