Kostava 68-də yerləşən Gürcüstanın Birinci Kanalının Binası hərracda satılacaq
Gürcüstanın Birinci Kanalı Tbilisidə, Kostava 68-də yerləşən binasının satılması üçün hərrac elan etdi.
Bu məsələ ilə bağlı bugün qəyyumlar şurasının görüşü keçirildi və binanın hərraca çıxardılmasını şura üzvləri bir səslə dəstəklədilər.
Hərrac şərtləri Maliyyə Nazirliyinin Xidmətlər Agentliyinin rəsmi veb-səhifəsi eauction.ge də yerləşdirilib.
Binayı almaq istəyənlərin 30 günlük müddəti var.
Gürcüstanın Birinci Kanalının qoyduğu şərtə görə, binayı alan şəxs televiziya ərazisindən ancaq, Birinci Kanalın Politkovskaya küçəsindəki yeni binası hazır olduqdan sonra istifadə edə biləcək.
Gürcüstanın Birinci Kanalı yeni binasının inşaatı üçün tenderi artıq elan edib.