Kosovo rəhbərliyi etnik serblərlə bağlı sənədlər və nömrə nişanları haqqında qərarı sentyabrın 1-dək təxirə salıb
Kosovo rəhbərliyi etnik serblərlə bağlı sənədlər və nömrə nişanları haqqında qərarı sentyabrın 1-dək təxirə salıb

 

Kosovo rəhbərliyi etnik serblərlə bağlı sənədlər və nömrə nişanları haqqında qərarı 2022-ci il sentyabrın 1-dək təxirə salıb.

Yerli media tərəfindən yayılmış məlumatda, ABŞ-ın Priştinadakı səfiri Cefri Hovenierin Kosovo administrasiyasına yeni qaydaların təxirə salınması xahişi ilə müraciət etdiyi deyilir. Lakin hökumətin bəyanatında qeyd olunub ki, avqustun 1-də Kosovonun şimalında qurulmuş barrikadalar götürülərsə, tədbir bir ay təxirə salınacaq.

“Kosovo Respublikasının hökuməti bu gün Kosovonun şimalında yolların bağlanmasını və oradakı silahlı şəxslərin polisə atəş açmasını qəti şəkildə qınayır. Söhbət Kosovonun sabitliyinin pozulması tendensiyasından gedir və bu, vətəndaşların və ölkəmizin sülh və təhlükəsizliyinə təhlükə yaradır. Bu gün günorta və axşam rəsmi Belqrad tərəfindən təşviq edilmiş və hazırlanmış bir sıra aqressiv aktlar qeydə alınıb” – deyə Kosovo administrasiyasının bəyanatında deyilir.

Media tərəfindən yayılmış məlumatda, Serbiya ilə Kosovo arasındakı ayırıcı xəttdə atışma səsi və həyəcan siqnalı eşidildiyi deyilir. Kosovonun şimalında yaşayan serblər yük maşınları ilə əsas magistral yolları bağlayıblar. Kosovo hakimiyyətinin etnik serblərin avtomobil lisenziyalarının dəyişdirilməsini nəzərdə tutan qərarı Kosovoda yaşayan serblərin narazılığına səbəb olub.