Koronavirusun yayılmasının əleyhinə tətbiq olunmuş məhdudiyyətlərin bir hissəsi bu gündən ləğv edilir
Koronavirusun yayılmasının əleyhinə tətbiq olunmuş məhdudiyyətlərin bir hissəsi bu gündən ləğv edilir

 
Koronavirusun yayılmasının əleyhinə tətbiq olunmuş məhdudiyyətlərin bir hissəsi bu gündən ləğv edilir. Müvafiq qərarı Qurumlararası Koordinasiya Şurası qəbul edib.

Qurumlararası Koordinasiya Şurasında da izah edildiyi kimi, qapalı yerlər və ictimai nəqliyyatda maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər və tənzimləmələr ləğv ediləcək.

” İctimai iaşə obyektlərində, eləcə də idman, incəsənət və ya digər tədbirlərdə say məhdudiyyəti ləğv edilir. Distansional rejimdə işləyən işçilər iş yerlərinə qayıdacaqlar. PCR testindən keçmədən ölkəyə qayıdan Gürcüstan vətəndaşları üçün özünütəcrid öhdəliyi ləğv edilir. Peyvəndləməni təşviq edən proqram qüvvədə qalır. Qapalı yerlər və ictimai nəqliyyatda maska taxmaq istisna olmaqla, praktiki olaraq bütün məhdudiyyətlər və tənzimləmələr ləğv ediləcək”-deyə Qurumlararası Koordinasiya Şurası yanında Operativ Qərargahın rəhbəri, Qiorqi Ğibradze bildirib.

Koordinasiya Şurası tərəfindən tətbiq edilən məhdudiyyətlər aylardır ölkədə qüvvədə idi.