Koronavirusun səkkiz yeni halından üçü Boçoriçvili klinikasının əməkdaşıdır
Koronavirusun səkkiz yeni halından üçü Boçoriçvili klinikasının əməkdaşıdır

Gürüstanda bugün təsdiqlənən koronavirus hallarından üçü tibb sahəsinin əməkdaşıdır.

Bu barədə bəyanatı baş nazir Giorgi Qaxaria verdi.

Baş nazirin dediyinə görə, iki halın infeksiyaya yoluxma mənbəsi bilinmir.

“Faktiki olaraq, epidemiyanın məğlub edilməsi ilə bağlı söhbət  üçün çox tez olduğunu görürük” – dedi baş nazir.

Bu vaxt üçün Gürcüstanda koronavirusun 818 halı qeydə alınıb.