Koronavirusun bu gün təsdiq olunanan hallarından biri Bolnisi təcili tibbi yardımının həkimidir
Koronavirusun bu gün təsdiq olunanan hallarından biri Bolnisi təcili tibbi yardımının həkimidir

Bolnisi təcili tibbi yardım xidmətinin daha bir həkimində koronavirus təsdiq olundu.

Bolnisi Munisipaliteti Meriyasının məlumatına görə, koronavirusu təsdiq olunan həkim karantində idi.

Virusa yoluxmuş həkimi Tbilisiyə, Boçorişvili Klinikasına gətirdilər. Onun analizini karantində olarkən göndərmişdilər və cavab bu gün səhər məlum oldu.

Bolnisidə koronavirusun 55 təsdiq olunmuş halı var. Onlardan biri həlak oldu, ikisi isə, sağaldı və evdə izolasiyadadır.

Hazırda Bolnisidə evdə izolasiyada 392 insan olmaqdadır, 86 nəfər karantin rejiminidə. Bolnisidə bu gün 251 insanın laboratoriya analizinin cavabını gözləyirlər.