Koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər şənbə-bazar günləri qüvvədə qalır
Koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər şənbə-bazar günləri qüvvədə qalır

Gürcüstanda koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlərin yarıs ləğv olunur, ancaq bütün məhdudiyyətlər şənbə-bazar günləri qüvvədə qalır.

Fevralın 8-dən ölkə miqyasında munisipal nəqliyyatın fəaliyyəti bərpa olunacaq və bütün bazarlar açılacaq.

Fevralın 15-dən Tbilisi, Rustavi və Kutaisidə təhsil prosesi sinif otaqlarında davam edəcək.

Həmçinin qida obyektləri və restoranların açıq məkanları işləməyə davam edəcək.

Ancaq bütün məhdudiyyətlər şənbə-bazar günləri qüvvədə qalacaq.