Koronavirusla bağlı sosiyal güzəştlər davam edəcək
Koronavirusla bağlı sosiyal güzəştlər davam edəcək

Gürcüstanın baş naziri Giorgi Qaxaria hökümətin həyata keçirməyə davam etdiyi sosiyal paketlər haqqında danışdı.

“İlk dalğada 300 larilik yardım etdiyimiz insanlar artıq qeydiyyatdan keçiblər və yardım davam edəcək. Həmçinin, 300 larilik yardımdan başqa, bankda krediti olan hər bir vətəndaşa kreditin təxirə salınması üçün yardım ediləcək” – dedi Qaxaria.

Onun dediyinə görə, 300 larilik bir dəfəlik yardımdan, ilk dalğa müddətində 250 min nəfət istifadə etdi.

“Dörd ay ərzində, komunal vergilər hökümət tərəfindən ödəniləcək. İş yerini itirən və hökümətdən 1200 larilik yardım alan vətəndaşlar, yenə ayda 200 larilik məbləğlə, yardım almağa davam edəcəklər.

Bu yardımdan ilk dalğa müddətində 125 min vətəndaş istifadə etdi və bu səfər də yardımların məbləği eyni olacaq” – dedi Giorgi Qaxaria.