Koronavirusa yoluxan şəxsin  kontaktları olan  TDU-nin  heç bir əməkdaşının  virusa yoluxması təsdiqlənməyib

 

 TDU-nin koronavirusa yoluxmuş əməkdaşının  kontaktda olduğu   şəxslərin heç birinin virusa yoluxması təsdiqlənməyib.Bu barədə Gürcüstanın Birinci Kanalına  universitetdən bildiriblər.

 Onların sözlərinə görə, yoluxmuş şəxslə  kontaktda olan 15 –dək insan tədqiq olunub və onların hamısının cavabı mənfidir. Bununla yanaşı,onlar özlərini təcrid ediblər və  iki həftəyə təkrar test ediləcəklər.

İvane Javaxişvili adına TDU-nin onuncu korpusunun  təmizlik xidmətinin əməkdaşlarından birinin yeni növ  koronavirusa yoluxması dünən  təsdiqlənib.

 Universitetdən qeyd olunub ki, onuncu korpusda bir daha dezinfeksiya işləri aparılıb və TDU virusun yayılması və ötürülməsindən  qorunmaq üçün bütün lazımi avadanlıqla tam təchiz olunub.

 

 

    Hazırladı-Sevinc Mustafayeva