Koronavirusa yoluxan ilk pasientin təkrar testinin cavabı yenə də mənfidir, ikinci pasientin cavabı günün sonunda bəlli olacaq
Koronavirusa yoluxan ilk pasientin təkrar testinin cavabı yenə də mənfidir, ikinci pasientin cavabı günün sonunda bəlli olacaq

İnfeksiya Xəstəxanasının tibbi direktoru, Mirina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusa yoluxan ilk pasientin təkrar testinin cavabı yenə də mənfidir.

Elə onun dediyinə görə, həmçinin mənfi cavabı olan ikinci pasientə təkrar test bu gün ediləcək və cavab günün sonuna kimi məlum olacq.

“Dünən günün ikinci yarısında bəyan edildi ki, ilk paseint sağaldı, onun cavabları mənfidir. İkinci pasientə də bu gün test ediləcək. Günün sonuna kimi güman edildiyinə görə, cənab Tengiz Sersvadze cavabını bəyan edəcək. Ümid edirik ki, cavab mənfi olacaq və bu bizim ikinci müalicə olunmuş pasientimiz olacaq”, – Marina Ezuqbaiya bəyan etdi.

Marina Ezuqbaiya istisna etmədi ki, müalicə olunmuş pasient klinikanı bu gün tərk etsin.

Elə onun açıqlamasına görə, sağalmasına baxmayaraq, o, bir həftə evdə izolasiyada olacaq.