Koronavirusa görə, İtaliyada Gürcüstan Səfirliyi Lombardiya və Veneto bölgələri sakinlərinə göstərişlər verir
Koronavirusa görə, İtaliyada Gürcüstan Səfirliyi Lombardiya və Veneto bölgələri sakinlərinə göstərişlər verir

Koronavirusa görə, Gürcüstanın İtaliyadakı Səfirliyi Lombardiya və Veneto bölgələri sakinlərinə göstərişlər verir.

“Vətəndaşların əməkdaşlığı koronavirusa qarşı mübarizə üçün fundamentaldır!

Lombardiya bölgəsi göstərişləri:

Lombardiya bölgəsində yaşayan və qrip simptomları olan vətəndaşlar təcili tibbi yardım xidmətinə getməli deyil, bölgənin qaynar xəttinə 800.89.45.45 ან 112-ə və ya ümumi məlumatın alınması üçün 1500-ə zəng etməlidirlər.

Təfərrüatlı məlumatın əldə edilməsi üçün Lombardiya bölgəsinin vebsəhifəsinə daxil olun!

Veneto bölgəsinin göstərişləri:

Virusa yoluxmuş insanlarla əlaqədə olduqarına şübhələnən, lakin simptomları olmayan, və ya yüngül formada olan vətəndaşlar 118-ə zəng etməlidirlər və xəstəxanaya müraciət etməməlidirlər. 800.46.23.40 qaynar xəttə, şübhə və güman zamanı 1500-ə zəng etməlidirlər. Simptomlar zamanı xəsətəxanaya müraciət etməyin, 118-ə zəng edin!

Bölgənin sosial şəbəkələrini izləyin:

https://www.facebook.com/RegionedelVeneto

https://twitter.com/RegioneVeneto

Təfərrüatlı məlumatın əldə edilməsi üçün Veneto bölgəsinin vebsəhifəsinə daxil olun!”, – Gürcüstanın İtaliyadakı Səfirliyinin yaydığı bəyanatda deyilir.