Koronavirus ilə bağlı fəaliyyət göstərən idarələrarası koordinasiya şurası vətəndaşlara izolasiya qaydalarını müdafiə etmələri barəsində xəbərdarlıq verir
Koronavirus ilə bağlı fəaliyyət göstərən idarələrarası koordinasiya şurası vətəndaşlara izolasiya qaydalarını müdafiə etmələri barəsində xəbərdarlıq verir

Baş nazir, Giorgi Qaxariyanın rəhbərliyi ilə koronavirusla bağlı fəaliyyət göstərən idarələrarası koordinasiya şurası növbəti iclasını keçirdi.

Hökumət administrasiyasının məlumatına görə, hökumət başçısı Gürcüstanda koronavirusa yoluxmuş 15 nəfərin sağlamlıq durumu və dünyada mövcud epidemiologiya vəziyyəti barəsində məlumat dinlədi.

Elə onların məlumatına görə, iclasda qeyd olundu ki, virusa yoluxan pasientlərin sayı artmayıb və yenə də 15-dir. Onlardan əksəriyyətinin sağlamlıq durumu qənaətbəxşdır.

Koordinasiya şurasına məlumat verildi ki, bu mərhələdə karantində 178 insan qalmaqdadır, satasionar müşahidə altında isə, 56 insandır. Həmçinin İtaliyada olan Gürcüstan vətəndaşlarının Gürcüstana qaytarılması barəsində məlumat ötürüldü.

Koronavirus ilə bağlı fəaliyyət göstərən idarələrarası koordinasiya şurası vətəndaşlara izolasiya qaydalarını müdafiə etmələri barəsində xəbərdarlıq verdi.