Koronavirus hallarına görə, təhlükəsizlik məqsədi ilə, Acarıstanın İctimai Yayımçısının efirində Gürcüstanın Birinci Kanalının translyasiyası həyata keçiriləcək
Koronavirus hallarına görə, təhlükəsizlik məqsədi ilə, Acarıstanın İctimai Yayımçısının efirində Gürcüstanın Birinci Kanalının translyasiyası həyata keçiriləcək.
Menecmentin dediyinə görə, qeyd olunan qərar kanalın jurnalistlərinin və respodentlərinin sağlamlığının qorunması təmin edilənə qədər və Xəstəliklər Nəzarətinin Milli Mərkəzindən müvafiq rekomendasiyalar verilənə qədər qüvvədə qalacaq.
“Hazırda yayımçıya giriş dayandırılıb. Müvafiq xidmətlər əməkdaşlara test keçirirlər. Təhlükəsizlik baxımından yayımı dayandırmağa qərar verdik. Yayımçının binası böyükdür, burada 340 nəfər işləyir və əməkdaşlarımız bir-biri ilə yaxın məsafədə otururlar, müvafiq olaraq da, kimin nə qədər insanla ünsiyyətdə olduğunu bilmirik” – deyir Acarıstanın İctimai Yayımçısının informasiya xidmətinin rəhbəri Vaxo Xuzmiaşvili.
Hazırda Acarıstanın İctimai Yayımçısı bağlıdır və orada protokol ilə nəzərdə tutulan tədbirlər keçirilir.