Konqresmen Uilyam Kitinq - Gürcüstan Ukrayna ilə bərabər Rusiya aqressiyasının ilk xəttindədir və onun ABŞ-ın dəstəyinə ehtiyacı var
Gürcüstan Ukrayna ilə bərabər Rusiya aqressiyasının ilk xəttindədir və onun Rusiyadan qorunması üçün, ABŞ-ın dəstəyinə ehtiyacı var, – bu barədə bəyanatı ABŞ-ın nümayəndələr palatasında Gürcüstana dəstək aktının dəstəkçilərindən biri olan konqressmen Uiliyam Kitinq verdi.
Onun dediyinə görə, Gürcüstanın ABŞ-la partnyorluğun uzun və nəticəli tarixi var və o Qafqaz regionunun əsas oyunçusudur.
“Təəssüf ki, Gürcüstan dünyanın diqqət obyektinə dramatik hadisələrlə çevrildi. Rusiya bu ölkəyə daxil oldu və ərazilərini işğal etdi və qeyri-qanuni işğalını bu gün də davam etdirir.
Çox qürürluyam ki, bu gün Gürcüstanın demokratik inkişafını, suverenliyini, müstəqilliyini və ərazi bütövlüyüynü dəstəkləyirəm və bu günki aktla ona dəstəyimizi bir daha təsdiqlədik” – dedi konqresmen.