Konqresmen Kristofer Smit - Rusiya 10 ildən artıqdır Abxaziya və Cənubi Osetiyayı qeyri-leqal şəkildə işğal edib, Putin bütün beynəlxalq qanunları pozur və cəzasız qalır
“Rusiya 10 ildən artıqdır ki, Gürcüstan razilərinin 20 faizini təşkil edən Abxaziya və Cənubi Osetiya regionlarını qeyri-leqal şəkildə işğal edib, Putin bütün beynəlxalq qanunları pozur və cəzasız qalır” – Bu bəradə bəyanatı Konqresmen Kristofer Smit “Böyük Yeddiliyin” sammitində Rusiyanın iştirakına qarşı çıxan rezolyusiyanın imzalandığı iclasda verdi.
“Cənubi Osetiya və Abxaziyayı işğal etdikdən sonra, Putin Tbilisiyə girməyə çalışırkən, mən də Tbilisidəydim. İşğal edilmiş ərazilərdən qaçan vətəndaşları, yaralıları və həlak olanları gözümlə gördüm. Demək istəyirəm ki, Putin Sovet İttifaqını diriltdi. O bütün beynəlxalq qanunları pozur və cəzasız qalır” – dedi senator.
Xatırladaq ki, ABŞ Konqresində, Rusiyanın “Böyük Yeddiliyin” sammitində iştirak etməsinin əleyhinə olan bir rezolyusiya hazırlandı.
Sənəddə deyilir ki, Rusiya “Böyük Yeddilik” sammitinə ancaq qonşu ölkələrinə hörmətlə yanaşdıqdan sonra qayıda bilər.