Kondoliza Rais - 10 il bundan öncə Rusiya Gürcüstana hücüm etdi, ancaq ABŞ-ın buna cavab vermədiyini deməyin
Kondoliza Rais - 10 il bundan öncə Rusiya Gürcüstana hücüm etdi, ancaq ABŞ-ın buna cavab vermədiyini deməyin

“Deməyin ki, ABŞ Gürcüstanın qorumadı,” – Bu başlıqla ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rais Washington Post-da məqalə yayır.

ABŞ-ın sabiq dövlət katibinin dediyinə görə, o Mixail Saakaşviliyə dəfələrlə xəbərdarlıq verdi ki, Rusiya Gürcüstana qarşı provokasiyalara hazırlaşır.

“Buş administrasiyasında, Rusiya tərəfindən gözlənilən təhlükə haqqında məlumat var idi. 2008-ci ilin yaz aylarında ABŞ və Almaniya danışıqlar yolu ilə işğal atlında olan regionlardaki vəziyyətin deeskalyasiyasına çalışırdılar. Regionda hərəkət etmək üçün ümumi qaydalar formalaşdırılmalı idi. Həmin bu məsələ ilə bağlı söhbət edərkən, Mixail Saakaşviliyə dedim ki, Rusiya Gürcüstana qarşı provokasiyaya hazırlaşır və belə vəziyyətdə onun NATO-nun dəstəyinə umudu olmamalıdır. Mən Saakaşviliyi yaranan krizisdə nə o vaxt, nə də indi suçlamıram. Mənim dediyim isə, sadəcə bir cümlə idi, hansını ki, o zamanlar emosiyaları “qaynayan” gürcüləri sakitləşdirmək üçün dedim” – yazır Kondoliza Rais.

Həmin məqalədə Kondoliza rais deyir ki, 2008-ci ildə Gürcüstana edilən hücum ABŞ-ın yardımı ilə dayandırıldı.

“Rusiyanın məqsədi Tbilisiyə gedib, xalq tərəfindən seçilən iqtidarın dağıdılması idi. Bəli, Tbilisi böyük təhlükə altında idi. Rusiyanın Xarici İşlər Nazirliyi bizimlə telefon söhbəti zamanı, hücumun dayandırılması üçün üç şərt qoymuşdu. O şərtlərdən biri Mixeil Saakaşvilinin istefası idi” – yazır Kondoliza Rais.

Kondoliza Raisin dediyinə görə, bu tələb onu şoka salmışdı və Lavrova dedi ki, ABŞ və Rusiyanın baş diplomatları arasında belə bir söhbət qeyri-məqbuldur.

“Mən ona dedim ki, indi hərkəsə zəng edib deyəcəm ki, Rusiya Gürcüstanın legitim iqtidarının istefasını tələb edir və bütün dünya Rusiyanın əsl məqsədinin nə olduğunu biləcək. Beləliklə, Gürcüstanın demokratiyası xilas edildi” – deyir Kondoliza Rais.

Kondoliza Rais həmçinin, atəşkəs razılaşmasının Fransa tərəfindən formalaşdırıldlığını da inkar edir.

“Mən şəxsən Saakaşvilinin kabinetindəydim və Fransa layihəsini bərabər hazırladıq” – deyir Rais.

“O vaxt biz Rusiyayı dayandıra bilmədik, ancaq ABŞ hərəkət etdi və Gürcüstanın demokratiyası qorundu. Bu çox acı bir hadisədir və Putin bəlkə də yanlış qərar verdi. Gələcəkdə Rusiyayı dayandıra bilməyimiz üçün, tarixi faktları doğru bilib, doğru anlatmalıyıq” – yazır Kondoliza Rais.