Pakiso Moçoçoko - Avqust müharibəsinin istintaqı irəliləyir və öz məntiqi nəticəsinə çatacaq
Haaqa Məhkəməsinin prokurorluq ofisinin nümayəndəsi Pakiso Moçoçoko bəyan edir ki, avqust müharibəsi ilə bağlı məsələnin istintaqı intensiv rejimdə davam edir.
Moçoçokonun Tbilisidə keçirilən, Beynəlxalq Hüquq üzrə yüksək səviyyəli regional konfransda bəyan etdiyinə görə, o istintaqın nəticələri haqqında ilkin məlumat verə bilməyəcək.
“Dəlillər yığmağa davam edirik, bu proses bu dəqiqə də davam edir. İstintaqın nə zaman başa çatacağını sizə məmnuniyyətlə deyərdim, ancaq müzakirənin nə qədər uzanacağı hələ məlum deyil. İstintaq davam edir və, irəliləyir və mütləq öz məntiqi nəticəsinə çatacaq.
Təəssüf ki, Rusiya tərəfi istintaq prosesində iştirak etmir və bizimlə əməkdaşlıq etməkdən imtina edir, ancaq istintaq Rusiyanın iştirakı olmadan da davam edə bilər” – dedi Pakiso Moçoçoko.