Komunikasiya şəbəkələri ilə bağlı işləyən şirkətlər öz işlərini gecə saatlarında həyata keçirəcəklər
Komunikasiya şəbəkələri ilə bağlı işləyən şirkətlər öz işlərini gecə saatlarında həyata keçirəcəklər

Avtomobil yollarında hərəkətin yüngülləşdirilməsi məqsədi ilə, komunikasiya şəbəkələri üzrə işləyən şirkətlər öz işlərini gecə saatlarında yerinə yetirəcəklər.

Bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze verdi.

Kaladzenin dediyinə görə, qeyd olunan işlərin və yaxud təmir işlərinin başlanacağı ilə bağlı yol hərəkatında diskomfortun yaranmaması üçün, əvvəlcədən xəbərdar etmək sistemi tətbiq olunacaq.

“Təmizlik xidmətinin müəyyən hissəsi də zibili gecə saatlarında götürəcək. Həmçinin distribusiya şirkətləri ilə danışıqlar aparılır ki, onların avtomobillərinin hərəkəti müəyyən vaxta salınsın. Komunikasiya və su təminatı xəttlərinin avariyası ilə bağlı işlər də gecə saatlarında həyata keçiriləcək. Yaxın günlərdə təhsil prosesi başlayacaq və yol hərəkatını yüngülləşdirmək üçün alimizdən gələni etməliyik” – dedi Kaxa Kaladze.