Kolumbiyada xüsusi əməliyyat zamanı hüquqmühafizəçilər 12 ton kokain aşkar etdilər
Kolumbiyada xüsusi əməliyyat zamanı hüquqmühafizəçilər 12 ton kokain aşkar etdilər

Kolumbiyada ölkənin tarixində ən iri partiyanı aşkar etdilər. 12 ton kokaini hüquqmühafizəçilər Kolumbiyanın şimal-qərb hissəsində, Apartado şəhərində keçirilən xüsusi əməliyyat zamanı aşkar etdilər.

Narkotiklər kriminal qruplaşmalarından birinə məxsusdur. Qaçaqmalçılıq yükü banan fermasının ərazisində yeraltı anbarında gizlədilmişdi. Polisin dəyərləndirməsinə görə, aşkar olunan narkotikin qiyməti 360 milyon avroya çatır.

Xüsusi əməliyyatda 400-ə qədər polis işçisi işirak edirdi. Əməliyyatın başa çatmasında sonra Apartado şəhərinə hərbiçilər və milli müdafiə nazirinin müşayəti ilə Kolumbiyanın prezidenti Xuan Manuel getdi.