DİN doqquz kiloqram heroin, bir kilo iki yüz qram kokain, bufrenorfin tərkibli 5 000 həb çıxardı (video)
DİN doqquz kiloqram heroin, bir kilo iki yüz qram kokain, bufrenorfin tərkibli 5 000 həb çıxardı (video)

Daxili İşlər Nazirliyi doqquz kiloqram heroin, bir kilo iki yüz qram kokain, bufrenorfin tərkibli 5 000 həb çıxardı. Bu barədə məlumatı DİN yayır.

Elə onların məlumatına görə, Daxili İşlər Nazirliyi Baş Prokurorluq ilə bilrlikdə, narkocinayət və narkotiklərin satışına qarşı güzəştsiz mübarizəni yenə də fəal davam etdirir.

İdarənin məlumatına görə, son dövrdə hüquqmühafizəçilər narkocinayətin bir neçə faktının üstünü açdılar və onlarca narkotik alverçisini yaxaladılar.

“Bu dəfə Daxili İşlər Nazirliyinin əməkdaşları “Vale” sərhəd buraxılış məntəqəsi həndəvəri ərazisində Gürcüstana özəlliklə böyük miqdarda narkotik vasitəsinin gətirilməsi faktının qarşısını aldı. Azərbaycan vətəndaşı yaxalanıb. Onun üst-başını yoxlayarkən bir kilo 500 qram həşiş çıxarıldı. Cinayət 8-dən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Mərkəzi Kriminal Polisi Departamentinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin baş idarəsinin əməkdaşları, Tbilisi Beynəlxalq Aeroportunda İran islam Respublikasının iki vətəndaşını yaxaladılar. 730 qram heroin narkotik vasitəsi və 14 həb metadon çıxarılıb. Cinayət 8-dən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Polis həmçinin İran vətəndaşını, böyük miqdarda həşiş narkotik vasitəsinin əldə edilməsi-saxlanılması ittihamı ilə yaxaladı. Cinayət 5-dən 20 ilədək həbs cəzasını nəzərdə tutur.

Hüquqmühafizəçilər, yaxalanana məxsus avtomobili yoxlayarkən, 2 bağlamaya qablaşdırılmış  həşiş narkotik vasitəsini aşkar etdilər.