Köhnə nömrələrin qüvvədə olma müddəti uzadıldı
Köhnə nömrələrin qüvvədə olma müddəti uzadıldı

Daxili İşlər Nazirliyinin xidmətlər agentliyinin yaydığı məlumata görə, nəqliyyat vasitələrinin köhnə nömrələrinin dəyişdirilməsi müddəti 2021-ci ilin martın 31-nə qədər uzadıldı.

Daxili İşlər Nazirliyinin xidmətlər agentliyi servislərin həyata keçirildiyi zaman Gürcüstan iqtidarının idarələrarası koordinasiya şurasının rekomendasiyalarını nəzərə alır və vətəndaşlara müraciət edir ki, servisləri almağa tibbi maska ilə gəlsinlər.