Kiyev Apellyasiya Məhkəməsi Mixail Saakaşviliyə aid olan Baş Prokurorluğun şikayətini dekabrın 22-də müzakirə edəcək
Kiyev Apellyasiya Məhkəməsi Mixail Saakaşviliyə aid olan Baş Prokurorluğun şikayətini dekabrın 22-də müzakirə edəcək

Kiyev Apellyasiya Məhkəməsi Mixail Saakaşviliyə aid olan Baş Prokurorluğun şikayətini dekabrın 22-də müzakirə edəcək.

Bu barədə məlumatı Apellyasiya Məhkəməsinin mətbuat xidməti rəsmi veb səhifədə dərc etdirir.

Məhkəmə iclası yerli vaxtla saat 11:15 radələrində başlayacaq.

Xatırladaq ki, Peçerski Rayon Məhkəməsi dekabrın 11-də Mixail Saakaşvilini həbs etmədi və onu məhkəmə salonundan azad etdilər. Baş Prokurorluq qeyd olunan qərarı şikayət edir.