Beri Qabriel Salosi küçəsində xüsusi əməliyyat zamanı həlak olan Vano Qolaşvilini bu gün, Muxatqverdi Qardaşlıq Qəbirstanlığında dəfn edəcəklər.
Mülki dəfn etmə mərasimi Kaşueti Məbədində keçiriləcək. Vano Qolaşvili son məzara məbəddən saat 14:00-da uğranılacaq.
Beri Qabriel Salosi küçəsində xüsusi əməliyyat, noyabrın 22-də gecədən həyata keçirilirdi.
Xüsusi əməliyyat zamanı DTX-nin bir əməkdaşı həlak oldu. Xüsusi Xidmətin iki və DİN-nin iki əməkdaşı yaralandı. Onların sağlamlıq durumu, hazirda sabitdir.
Cinayətkar qrupun bir üzvü yaxalandı, üçü isə məhv edildi.
Xüsusi əməliyyat zamanı heç bir dinc sakin xəsarət almayıb.
Xüsusi əməliyyat nəticəsində zərər çəkənlər üçün qaynar xətt işləyir – 2 375029, 599 53 70 40; 2 72 22 22.
Xüsusi əməliyyat yerinin həndəvər ərazisini polis sarı lent ilə bağlamışdı və kimsənin ora daxil olmasına icazə vermirdi.
Beri Qabriel Salosi küçəsində xüsusi əməliyyatı Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-terror Departamenti həyata keçirdi.