Xurvaleti sakinləri - Məlumat yayın ki, Xurvaletidə sakitçilikdir, artıq burada nə jurnalistləri, nə sülhməramlıları görmək istəmirik [Video]

Xurvaleti kəndinin sakinləri bəyan edirlər ki, panika sünii olaraq yaradılır və dünən oralarda rus əsgərlərini görməyiblər.

“Məlumat yayın ki, Xurvaletidə sakitçilikdir, artıq nə jurnalistləri, nə də sülhməramlı görmək istəmirik. 10 il necə yaşayırdıqsa, bugün də eləcəyik. İnəkləri bağlara aparırıq və oralarda rus əsgəri görmədik” – deyirlər yerli sakinlər.

Xatırladaq ki, dünən sosiyal şəbəkədə, Xurvaleti kəndinin yaşlılar evinin rəhbəri Luda Salia məlumat yaydı ki, rus əsgərləri Gürcüstan tərəfindən nəzarət edilən əraziyə daxil olublar.

Daha sonra isə, bütün ölkə miqyasında müvafiq xəbərlə bağlı panika yayıldı.