Xuan Quaido Venesuellaya qayıtdı
Xuan Quaido Venesuellaya qayıtdı

Venesuellanın müvəqqəti prezidenti, Xuan Quaido Karakas aeroportuna endi. Ona qarşı aparılan istintaqa görə, Quaidonu vətənində həbs hədələyir.

BBC-nin məlumatına görə, Xuan Quaido Venesuellaya Ekvadordan qayıtdı. Baxmayraq ki, məhkəmə ona ölkəni tərk etməsini qadağan etmişdir, Quaido Amerika ölkələrində turnedə idi.

Xuan Quaidonun tərəfdarlar bu gün Venesuella paytaxtında nümayişlər keçirirlər.