Nikolas Maduro - mübarizə üçün hazırıq
Nikolas Maduro - mübarizə üçün hazırıq

Biz mübarizə üçün hazırıq, – bu barədə Nikolos Maduro Karakasda, tərəfdarları ilə görüşündə bəyan etdi.

Maduronun dediyinə görə, Venesuellanın əhalisinə qarşı ədalətsizliyi Xuan Quaido da dəstəkləyir. Maduro Quaidonu xəyanətkar adlandırdı və tərəfdarlarına dedi ki, ədalət gec-tez icra olunacaq.

Nikolas Maduronun bəyan etdiyinə görə, Venesuellaya qarşı imperialist təcridini Donald Trampın irqçi hökuməti həyata keçirir, lakin ölkə mübarizə və qələbə üçün hazırdır.

Xatırladaq ki, yanvarda müxalifət lideri Xuan Quaido özünü müvəqqəti prezident bəyan etdikdən sonra, onu qərb ölkələrinin əksəriyyəti tanıdı. Maduronu isə, Rusiya, Kuba və Çin dəstəkləyir.