Xorava küçəsində qətlə yetirilən gəncin atasının, Zaza Saralidzenin təşkilatçılığı ilə #ნუმომკლავ (öldürmə) aksiyası keçirilir (foto)
Xorava küçəsində qətlə yetirilən gəncin atasının, Zaza Saralidzenin təşkilatçılığı ilə #ნუმომკლავ (öldürmə) aksiyası keçirilir (foto)

Tbilisidə, Xorava küçəsində qətlə yetirilən gəncin atasının, Zaza Saralidzenin təşkilatçılığı ilə Parlament binası qarşısında #ნუმომკლავ (öldürmə) şüarı ilə aksiya keçirilir.

Zaza Saralidze Xorava küçəsində baş verən qətlin ədalətli istintaqını tələb edir.

Aksiya iştirakçılarının dediyinə görə, onların əsas tələbidir ki, qətli təşkil edənlərin hamısı, eləcədə cinayəti üst-basdır edənlər cəzalandırılılsın.

Aksiyaya Pankisi xüsusi əməliyyatı nəticəsində qətlə yetirilən Temirlan Maçalikaşvilinin atası, Malxaz Maçalikaşvili, həmçinin bu gün saat 17:00-da, Parlament binası qarşısında Dzyudo Federasiyası prezidentinin, David Kevxişvilinin istefasını tələb edən dzyudoçular qoşuldular.

Aksiyada müxtəlif siyasi partiya üzvləri və həmçinin keçmiş xalq müdafiəçisi, Uça Nanuaşvili iştirak edir.