XİN - Fransa tərəfinin Uxandan təxliyyəsini həyata keçirdiyi Gürcüstanın iki vətəndaşı artıq Fransadadır
XİN - Fransa tərəfinin Uxandan təxliyyəsini həyata keçirdiyi Gürcüstanın iki vətəndaşı artıq Fransadadır

Fransa tərəfinin Çinin Uxan şəhərindən təxliyyəsini həyata keçirdiyi Gürcüstanın iki vətəndaşı, artıq Fransadadır.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, xüsusi təyyarə İstr şəhərinə endi.

İdarənin məlumatına görə, Gürcüstan vətəndaşları ilə Fransada Gürcüstanın konsul müavini söhbət etdi.

“Vətəndaşlar özlərini yaxşı hiss edirlər. Onlar 14 günlük karantini Fransada keçəcəklər. Gürcüstanın Fransadakı Səfirliyi Gürcüstan vətəndaşları ilə və eləcə də Fransa tərəfi ilə daimi əlaqədə qalır”, – Gürcüstan Xarici İşlər Nazirliyində bəyan edirlər.

Elə onların məlumatına görə, Türkiyədə olan Gürcüstan vətəndaşlarına artıq tibbi müayinə edildi və nəticədə koronavirus müəyyənləşdirilmədi. Halbuki karantin müddətinin başa çatmasına qədər orada qalırlar.