Xatia Dekanoidze - Hərşey Gürcüstan vətəndaşlarının istəyi ilə olur, biz demokratiyanın imitasiyasında iştirak etməyəcəyik
“Milli Hərəkatın” üzvü Xatia Dekanoidzenin bəyanatına görə, müxalifət partiyaları “Leyborist partiyasının” ofisində növbəti koordinasiya görüşünü keçirirlər.
“Çox vacibdir ki, müxalifət birləşsin və bu birlik möhkəm olsun. Bugün koordinasiya toplaşmamız olacaq. Xüsusi məsələlər müzakirə olunmayacaq” – dedi Xatia Dekanoidze.
Onun dediiynə görə, əsas tələb olaraq, seçkilərin yenidən keçirilməsi tələbi qalır.
“Biz İvanişvilinin seçdiyi parlamentə legitimasiya verməyəcəyik. Bu Gürcüstan vətəndaşlarının istəyidir və biz demokratiyanın imitasiyasında iştirak etməyəcəyik. Təəssüf ki, dostlarımızın xahişi ilə danışıqların təfərrüatları haqqında məlumat verə bilmirik, ancaq “Gürcü Arzusunun” növbəti addımı haqqında məlumat alan kimi, hərşeyi ictimai disskussiya mövzusu edəcəyik” – dedi Xatia Dekanoidze.